Müğənni Ayan Babakişiyevanın qızı Selenanın 2 yaşı olacaq.

Axşam.az-ın məlumatına görə, sənətçi bu münasibətlə təmtəraqlı məclis keçirəcək. Şəhər restoranlarından birində baş tutacaq məclisə A.Babakişiyevanın yaxın dostları, qohumları, sənət adamları qatılacaq.

Müğənni martın 1-də baş tutacaq mərasim üçün hazırlığa indidən başlayıb. O, qızı və özü üçün özəl libas tikdirir.