Bakı, 16 fevral, AzərTAc
2014-cü ildə Qalmaz yeraltı qaz anbarındakı quyulara 850 milyon kubmetr, Qaradağ yeraltı qaz anbarındakı quyulara isə 1 milyard kubmetr qaz vurulub.
Bu barədə AzərTAc-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin rəis müavini-baş geoloq Araz Qocayev məlumat verib.