Noyer Ronaldonu qabaqladı

Noyer Ronaldonu qabaqladı
21:06 31 Dekabr 2014
192 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) 2014-cü ilin ən yaxşılarının adlarını açıqlayıb.

Sorğuda 91 ölkənin mətbuat nümayəndələri iştirak edib.

Səsvermənin nəticələrinə əsasən, Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer ilin ən yaxşı kişi idmançısı seçilib. O, səslərin 14.84 faizini toplayıb. İsveçrəli tennisçi Rocer Federer ikinci (13.26 faiz), Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo isə üçüncü (12.79 faiz) olub.

İlin ən yaxşı qadın idmançısı isə amerikalı tennisçi Serena Uilyams (21.43 faiz) seçilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR