Cümə axşamı, gecə Almaniyanın Hamburq şəhərinin yaxınlığında təlim uçuşu həyata keçirən polis helikopteri qəzaya uğrayıb.

Moderator.az "kp.ru"-ya istinadən xəbər verir ki, "Eurocopter 135" futbol sahəsinin yanında düşüb, bu zaman orada oyun oynayırmışlar.

Qəza zamanı helikopterin bortunda üç ekipaj üzvü olub.

Onlardan ikisi həlak olub, üçüncü pilot sağ qalıb: onu ciddi bədən xəsarətləri ilə xəstəxanaya çatdırıblar, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Milli.Az