Bu gün axşam saatlarında Gəncədə soyğunçuluğa cəhd olub.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, naməlum şəxslər şəhərin Bayan küçəsində yerləşən yaşayış evinə girərək qadına küt alətlə xəsarət yetiriblər.

Zərəçəkənin səsinə qonşuların gəldiyini görən şəxslər hadisə yerindən qaçıblar. Hazırda ərazidə hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar. Yaralı qadın Gəncə Şəhər TTYX-a yerləşdirilib.

Milli.Az