Tanınmış teleaparıcı Elgiz Əkbər "Günə Baxan" verilişinə qayıdıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, bir müddət əvvəl məzuniyyətə çıxan aparıcı bu gün efirə çıxıb. Onun olmadığı zaman ərzində isə aparıcını ANS TV-də yayımlanan "Ağıl Dəryası"nın aparıcısı Murad Əzimzadə əvəz edib.
Əlavə edək ki, ötən ay Elgiz Əkbər efir vasitəsilə məzuniyyətə çıxdığını açıqlamışdı. O, bunu ailəsində baş verəcək xoşbəxt hadisə - övladı olması ilə əlaqələndirmişdi. "Yaxın günlərdə ata olacam. Xanımımın mənə ehtiyacı var. Ona görə də məzuniyyətə çıxdım ki, xanımımın yanında olum".
Elgiz Əkbərin fevralın 1-də qızı olub. Aparıcı qızını Lalə adlandırıb. Elgiz Əkbər ötən ilin may ayının 9-da Əsmər adlı xanımla ailə qurub. "Günə Baxan" verilişinin aparıcısının media üçün qapalı olan toyu səsli-küylü keçib.
Milli.Az