Martın 6-da 2016-17 tədris ili üçün magistraturaya qəbul imtahanı keçiriləcək.
Metbuat.az-ın məlumatına görə, artıq ərizə qəbulundan keçmiş, magistratura səviyyəsinə qəbul olmaq istəyən namizədlər birinci mərhələdə imtahanı harada verəcəklərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytında yerləşdirilmiş "Bakalavrların imtahana buraxılış vəsiqəsi" bölməsinə keçməklə öyrənə bilərlər.
Qeyd edək ki, magistraturaya ərizə qəbulu 10-19 fevral tarixlərində aparılmışdı.