Qeyd edək ki, Vyaçeslav Trubnikov 1996-2000-ci illərdə Xarici Kəşfiyyat Xidmətinin direktoru, 2000-2004-cü illərdə Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb. Eyni zamanda, 2004-2009-cü illərdə Rusiya Federasiyasının Hindistandakı fövqəladə və səlahiyyətli səfiri olub. V.Trubnikov hazırda E.Primakov adına Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı İnstitutunda baş elmi işçi, Rusiya Federasiyasının Siyasi Araşdırmalar Mərkəzinin Ekspert-Məşvərət Şurasının üzvüdür.
