A–
Bakı, 29 fevral, AZƏRTAC
Asiya İnkişaf Bankı (AİB) özəl sektorda keçirdiyi əməliyyatları çərçivəsində "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı ilə texniki yardım haqqında saziş imzalayıb.
"FINCA Azerbaijan"ndan AZƏRTAC-a bildiriblər ki, sazişə görə, AİB təşkilatın institusional inkişafı və potensialının daha da gücləndirilməsinə dəstək olmaq məqsədilə 400 min ABŞ dolları məbləğində texniki yardım göstərəcək. "FINCA Azerbaijan" bu texniki yardımı kreditvermə prosesini sürətləndirmək üçün dəyərləndirmə əsaslı qərarvermə modelinin tətbiqi, həmçinin kassalardan əlavə kredit çatdırılması kanallarının yaradılması səylərini genişləndirmək istiqamətində istifadə etməyi nəzərdə tutur.
AZERTAG.AZ :Asiya İnkişaf Bankı "FINCA Azerbaijan" ilə texniki yardım haqqında saziş imzalayıb