Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həlli Avropa İttifaqı üçün (Aİ) əsas prioritet olaraq qalır.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Bakıda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupu hər kəsin razılıq verdiyi, BMT Təhlükəsizlik Şurasının təqdir etdiyi formatdır.

Milli.Az