A–
Bakı, 1 mart, AZƏRTAC
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 4-də saat 12:00-da Sabirabad şəhərində Sabirabad, Hacıqabul, Saatlı rayonlarında və Şirvan şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyənlər, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşlar bu əlaqə nömrələrinə zəng edə bilərlər: Sabirabad rayonunda - 02123 55155, Hacıqabul rayonunda - 02332 43101, Saatlı rayonunda - 02128 52123, Şirvan şəhərində - 02121 51515.
AZERTAG.AZ :Rabitə və yüksək texnologiyalar naziri Sabirabadda vətəndaşlarla görüşəcək