Türkiyə Super Liqası çərçivəsində keçirilən "Qalatasaray" - "Trabzonspor" matçında qarşılaşmanın baş hakimi Dəniz Ateş Bitnelə qırmızı vərəqə göstərən Salih Dursun adı əbədiləşdirilib. Fanat.az xəbər verir ki, Trabzonun Yomra bölgəsindəki küçələrdən biri futbolçunun adını daşıyacaq.

Artıq məsələ rəsmiləşib. Bunu Yorma bələdiyyəsi də təsdiqləyib. Bələdiyyə sədri İbrahim Sağıroğlu məsələyə belə münasibət bildirib: "Salihin xarakterinin qarşısında biz də sözümüzü yerinə yetirdik. FutbolçumuZ "Qalatasaray"la oyunda hakimə qarşı haqlı davranıb. Hadisə barədə məlumat bütün dünyaya yayıldı. Salih klubun tarixinə keçdi. Biz də bələdiyyə olaraq üzərimizə düşəni edirik. Küçənin adı "Salih Dursun 24" olacaq".

Xatırladaq ki, sözgedən qarşılaşmada Salih hakimin qərarlarından narazı qaldığı üçün, referinin yerə düşən qırmızı vərəqəsini ona göstərərək meydandan "qovmuşdu".

Fanat.az