A+
A–

Bakı, 2 mart, P.İmanova, G.Məlikova, AZƏRTAC
Martın 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun “Yeni iqtisadi şəraitdə ərzaq təhlükəsizliyi problemi və onun həllində elmin rolu” mövzusunda məruzəsi dinlənilib.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.
AZERTAG.AZ :Rəyasət heyətinin növbəti iclasında bir sıra mühüm məsələlər müzakirə olunub