A+
A–

Bakı, 3 mart, AZƏRTAC
"Bank of Baku" 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində xanımlar üçün 2 kampaniyaya start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu kampaniyalardan "Bank of Baku"nun həm fəal, həm də xidmətlərindən yeni istifadə edəcək xanım müştəriləri, həmçinin xanımlarını təbrik etmək istəyən əks cinsin nümayəndələri də bəhrələnə biləcəklər. Martın 3-dən 7-dək "Bank of Baku"da əmanət üzrə bütün əməliyyatlar, kredit ödənişləri istisna olmaqla, kommunal və digər ödənişlər, pul köçürmələri, ödənişli kart sifarişləri, hesablar üzrə əməliyyat, yeni "Bolkart" kredit kartının rəsmiləşdirilməsi, kreditin tam ödənilməsi əməliyyatlarından birini və ya bir neçəsini həyata keçirən xanım müştərilər bankdan "Bolkart Debet" (Gənc və ya Ailə) və əlavə Azercell/Bakcell danışıq kartını hədiyyə qazanacaqlar.
Martın 7-8-də "Budur Gəlir 8 Mart, Baş Rolda Yenə Bolkart" şüarı altında icra olunacaq ikinci kampaniya isə bütün "Bolkart" kredit kart sahiblərini sevindirəcək. Bu tarixlərdə "Bolkart" şəbəkəsinə daxil olan tərəfdaş geyim, aksessuar və parfümeriya mağazalarında alış-veriş edən kart sahibləri ikiqat bonus qazanacaqlar. Üstəlik 8 aya ödəniş etmək imkanı əldə edəcəklər.
AZERTAG.AZ :"Bank of Baku"dan xanım müştəriləri üçün xüsusi kampaniya
"Bank of Baku"dan xanım müştəriləri üçün xüsusi kampaniya