Azərbaycanın premium kinoteatrı "CinemaPlus"un, romantik kino sevərləri üçün sevindirici xəbəri var. 8 Mart ərəfəsində Rusiya istehsalı olan "Ən yaxşı 8 görüş" komediyasının nümayişi keçirilib.

Film həmişə məzəli əngəllərə düşən Vladimir Zelenskinin qəhrəmanının şən sərgüzəştlərindən bəhs edir. Bu dəfə ona gözəl Vera Brejneva yoldaşlıq edəcək. Filmin rejissoru Maryus Vaysberqdir. Həmçinin filmdə Vladimir Epifantsev, Yevgeni Koşevoy, Sergey Kazanin və başqaları çəkiliblər.

Günəşli günlərin bir günü baytar klinikasının uğurlu sahibi sağalmaz xəstəliyə düçar olub. Lakin o, heç şübhələnmir də ki, bu həkim səvhidir və ciddi olaraq, arvadı, uşaqları və biznesinin qeydinə kimin qalacağı haqqında fikirləşir. Və birdən onun ağlına fikir gəlir, nə qədər təəssüfverici olsa da, artıq özünə əvəzedici tapmaq lazımdır.

Beləliklə, ciddi seçimdən sonra etibarlı və zərərli vərdişləri olmayan İlya adlı yanğınsöndürən xoşniyyətlilik bəhanəsilə Sokolovların ailəsində məskunlaşır. Nikita "əvəzləmə" kodu adı altında gizli əməliyyata başlayır. Lakin Nikita səhhətinə heç bir təhlükə olmadığını anlayanda artıq gec olur! Gözəl İlyanı artıq hər kəs sevməyi bacarıb, hətta baytar klinikasının xəstələri belə. Həyat uğrunda savaş yox, artıq sevgi uğrunda savaş hələ indi başlayır.

"CinemaPlus" kinoteatrı hər zaman sizə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

"CinemaPlus" Azadlıq prospekti 45 ünvanında, 28-Mall ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema" adını dəyişib. Kinoteatrın yeni adı - "CinemaPlus"dır.

Videonu izləmək üçün şəklə klikləyin:

8 Mart bayramı ərəfəsində "CinemaPlus" kinoteatrında "Ən yaxşı 8 görüş" filminin nümayişi baş tutub - VİDEO8 лучших свиданий - Трейлер 1080p