Onun sözlərinə görə, təklif "Sumqayıt" klubu tərəfindən irəli sürülüb: "Bu gün "Sumqayıt" klubu ilə görüşümüz oldu. Görüş zamanı bir çox məsələlərdən danışdıq. Xahiş olundu ki, İcraiyyə Komitəsi qarşısında klublara verilən yüksək məbləğli cəzaların azaldılması ilə bağlı məsələ qaldıraq. Klublar Komitəsinin iclasında legioner rüsumu ilə bağlı qərar qəbul olunub. Fikrimcə, bu məsələ haqda da hansısa nəticəyə gəlmək olar".
V.Sadıqov açıqlamasında yalnız "Sumqayıt"la deyil, digər klublarla da Azərbaycan futbolunun inkişafı istiqamətində müzakirələr apardıqlarını bildirib.