Bakı, 17 fevral, AzərTAc
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev fevralın 20-də saat 11-də Şabrandakı Heydər Əliyev Mərkəzində Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə AzərTAc-a nazirliyin mətbuat xidmətindən bildiriblər. Vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Quba-Xaçmaz regional bölməsi (Xaçmaz şəhəri, Bakı prospekti, 45, əlaqələndirici şəxs Mətləb Cəfərov, əlaqə telefonu: (023) 326-83-16, (050) 235-01-50, elektron poçt ünvanı: matlab.cafarov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazılmaq mümkündür.