A+
A

Bakı, 4 mart, AZƏRTAC
Yaxın günlərdə "CDB Bank"ın təlim-tədris mərkəzi fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə "CDB Bank"ın idarə heyətinin sədri Nadir Yıldırım məlumat verib.
"Məqsədimiz gənc nəslin peşəkar kadr kimi yetişməsini, bank sektoruna savadlı kadrların cəlb olunmasını təmin etməkdir. Mərkəzimizdə təhsilini uğurla başa vurmuş tələbələrə sertifikatlar təqdim olunacaq. Bu da imkan verəcək ki, onlar asanlıqla bu sektorda özlərinə uğurlu karyera qurmağa başlasınlar", - deyə bankın idarə heyətinin sədri vurğulayıb.
AZERTAG.AZ :"CDB Bank"ın təlim-tədris mərkəzi fəaliyyətə başlayacaq