Bakı. Aanaxanım Hidayətova - Trend:

Azərbaycan NATO-nun bir çox proqramlarında iştirak edir və digər tərəfdaşlarla müqayisədə alyansla daha fəal əməkdaşlıq edir. Trend-in məlumatına görə, bunu NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahyu deyib.

Onun sözlərinə görə, Azərbaycan NATO çərçivəsində daim yeni imkanlar axtarır: "NATO təkcə Azərbaycanın deyil, həm də regionun digər ölkələrinin iştirak edə biləcəyi bir sıra proqramlar üzərində işləyir".

Bizi Twitter-dən izləyin: @trend_az