ANS PRESS-in məlumatına görə, Qrenadada Qış Tələbə Oyunlarının təntənəli bağlanış mərasimində estafet Almatıya verilib. Universiadanın bayrağı Beynəlxalq İdman Universitetləri Federasiyası (FİSU) tərəfindən təqdim olunub.
Federasiyadan bildirilib ki, bayrağın bir ölkədən digərinə ötürülməsi növbəti Tələbə Oyunlarının keçirilməsinin təsdiqlənməsidir. XXVIII Universiada Qazaxıstanın qərb regionlarından başlayacaq və respublikanın bütün vilayət mərkəzlərindən keçəcək. Estafetin ümumi müddəti 45 gün təşkil edəcək.
Universiadaya ən azı 75 ölkədən idmançılar qatılacaq. İlkin danışıqlar zamanı 64 ölkənin razılığı alınıb. Mənbə
ANS PRESS