“ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, "V60” və “V90” sinfinə uyğun kartlar video çəkilişini “8K” formatında dəstəkləyir, halbuki nisbətən aşağı sinifli daşıyıcılar videonu yalnız “4K” formatında yazır.
Beşinci nəsil SD kartlarında yer alacaq təkmilləşdirilmiş texnologiyalar arasında artırılmış 512 MB tutumlu yaddaş bloklarını xüsusilə qeyd etmək lazımdır. Bu, SD kartla işi sürətli edəcək, eləcə də məlumatları növbə ilə səkkiz axında yazmağa imkan verəcək ki, bu da 360 dərəcəlik video çəkilişində daha aktual olacaq.
Nizam Nuriyev