A+
A–

İsmayıllı, 7 mart, AZƏRTAC
İsmayıllıda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram süfrəsi arxasında təşkil edilən tədbirdə qadınların cəmiyyətimizdə fəal mövqeyindən danışılıb.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ayrı-ayrı sahələrdə qazanılan uğurlardan söhbət açılıb, bu uğurların əldə olunmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında qadınların fədakarlığı diqqətə çatdırılıb.
“Niyal” ansamblının ifası, balacaların rəqsləri mərasim iştirakçılarında xoş təəssürat yaradıb.
X X X
Kürdəmirli qadınlar rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Kürdəmir rayonunda keçirilən təntənəli mərasimdə ətraflı danışılıb.
Mərasim iştirakçıları ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına fəxri fərmanlar təqdim olunub.
Konsert proqramı, anaların, qadınların şərəfinə səsləndirilən şeirlər, ifa olunan mahnılar hər kəsdə xoş əhval-ruhiyyə yaradıb.
X X X
8 Mart - Beynəlxalq Qadınlar Günü Zərdabda da qeyd olunub.
AZƏRTAC xəbər verir ki, çıxışçılar bayram münasibətilə qadınları təbrik edib, ölkəmizdə dövlət qadın siyasətinin mahiyyətindən danışıb, qadınların ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatımızdakı rolunu yüksək dəyərləndiriblər.
Qeyd olunub ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan zərdablı qadınlar bu gün sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində əzmlə çalışırlar. Son illər idarə və müəssisələrdə, fermer təsərrüfatlarında və digər sahibkarlıq sahələrində işləyən qadınların sayı artmaqda davam edir.
Sonda bir qrup fəal qadına qiymətli hədiyyələr verilib.
AZERTAG.AZ :Beynəlxalq Qadınlar Günü bölgələrdə təntənəli mərasimlərlə qeyd edilib