A–
Bakı, 7 mart, AZƏRTAC
“AGBank”ın nizamnamə kapitalının 100 milyon manat artırılması qərara alınıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu qərar “AGBank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul olunub.
“AGBank” ASC 1992-ci ildə təsis edilib. Bankın fəaliyyəti əsasən Azərbaycanda istehsalat və ticarət sektorlarının maliyyələşdirilməsinə yönəlib. Bununla yanaşı, onun xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır. “AGBank”ın səhmdarları arasında iki böyük təşkilat - Beynəlxalq Maliyyə Korporasiyası və Kazimir İnvestment LTD Amerika Sərmayə Fondu var.
AZERTAG.AZ :“AGBank”ın nizamnamə kapitalının 100 milyon manat artırılması qərara alınıb