Bakı, 17 fevral, AzərTAc
Fevralın 19-da Masallıda “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi Avropa İttifaqı tərəfindən maliyyələşən “Kənd turizminə dəstək” layihəsi çərçivəsində görüş keçirəcək.
Birlikdən AzərTAc-a bildiriblər ki, görüşdə bir sıra nazirliklərin, turizm şirkətlərinin, bələdiyyələrin, QHT-lərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbirin məqsədi Masallı rayonunun turizm prioritetlərini və ehtiyaclarını müzakirə etmək, bələdiyyələrdə turizmin inkişafı üçün daha yaxşı hüquqi və tənzimləyici mühit yaratmaq, müsbət təcrübələri paylaşmaqdır.
Görüşdə səslənəcək əsas fikirlər layihə çərçivəsində bələdiyyələr üçün hazırlanacaq iki illik turizm inkişaf strategiyasında nəzərə alınacaq.