A–
Bakı, 9 mart, AZƏRTAC
"Caspian Development Bank" (CDB) yaxın vaxtlarda internet və mobil bankçılıq sistemi tətbiq etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə "CDB Bank"ın idarə heyətinin sədri Nadir Yıldırım məlumat verib.
"Bank hazırda internet və mobil bankçılıq sisteminin tətbiqi istiqamətində mühüm işlər görür. Tezliklə bu xidmətləri müştərilərimizin ixtiyarına verəcəyik. Bu, asan proses deyil, amma hesab edirəm ki, nəticəsi çox səmərəli olacaq. Müştəri banka gəlmədən istədiyi əməliyyatları həyata keçirə biləcək", - deyə N.Yıldırım bildirib.
AZERTAG.AZ :CDB Bank internet və mobil bankçılıq sisteminin tətbiqini planlaşdırır