A+
A

Bakı, 9 mart, Elvin Camalov, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması üçün bütün maneələr aradan qaldırılıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım deyib.
Onun sözlərinə görə 2016-cı ilin sonunda Bakı-Tbilisi-Qars istiqamətində ilk qatar hərəkətə başlayacaq. İlkin olaraq yük daha sonra sərnişin qatarını xəttə buraxmağı düşünürük.
"Bu layihə Uzaq Şərq, Mərkəzi Asiya və Avropanı əhatə edir. Biz bu halqanı tamamilə yaratmasaq, tarixi İpək Yolunu tam həcmdə bərpa edə bilməyəcəyik", - deyə B.Yıldırım vurğulayıb.
AZERTAG.AZ :Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması üçün bütün maneələr aradan qaldırılıb