Prezident İlham Əliyev "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 iyul tarixli 1624 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında" 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

"2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 iyul tarixli 1624 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 690) ləğv edilsin."

Milli.Az