A–
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Hikmət Nəzərli adına 27 nömrəli orta məktəbdə “Torpaq uğrunda ölən varsa, Vətəndir!” layihəsi çərçivəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli İstiqlal Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbir Milli Qəhrəman Hikmət Nəzərliyə həsr olunub.
Məktəbin müəllim və şagird heyətinin iştirakı ilə baş tutan tədbirdə Milli Qəhrəmanın yaxın qohumları, Qarabağ müharibəsi iştirakçıları çıxış ediblər.
Çıxışçılar Milli Qəhrəmanın həyat yolundan, torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizədən, Qarabağ savaşında göstərdiyi şücaətdən geniş söz açıblar.
Sonda Qarabağ müharibəsinə həsr olunmuş film nümayiş olunub.
AZERTAG.AZ :“Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı layihə çərçivəsində növbəti tədbir
