A+
A–

Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 17-də Hacıqabul rayonunda Şirvan, Hacıqabul və Qobustan rayon sakinlərini qəbul edəcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbul Hacıqabul şəhəri Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 1) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. DQİDK-nın bölgə şöbə müdiri: Azər Sadıqov
Telefon: (02121) 5-21-30, Mob: (050) 599-80-69, e-mail: info@scwra.gov.az.
AZERTAG.AZ :Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək