İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri gələn həftə Bakıya gələcək
Paylaş
45 baxış·1 dəq oxu
Bakı. 12 mart. REPORT.AZ/ İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hüsnan Vanani martın 18-də Bakıya gələcək. Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir. Səfir Azərbaycan Prezidentinə etimadnaməsini təqdim etdikdən sonra diplomatik missiyasının icrasına başlayacaq. Qeyd edək ki, bu vəzifədə H.Vanani Prayono Atiyantonu əvəz edəcək.