A–
Qobustan, 13 mart, AZƏRTAC
Havaların tədricən istiləşməsi Qobustan rayonunda da taxılçıların qayğılarını artırıb və hazırda hər yerdə əkin sahələrinə gələcək məhsuldarlıq üçün zəruri olan yemləmə gübrəsi verilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, bölgədə cari ilin məhsulu üçün ötən payızda 24 min 625 hektar sahədə taxıl əkilib. Hər yerdə normal çıxış alınıb. Bu günlər taxıçılar sahələrə azot gübrəsi verirlər. Artıq əkinlərin 55 faizində bu mühüm aqrotexniki tədbir başa çatdırılıb. Hər gün sahələrə 21 ədəd gübrəsəpən çıxarılır.
Azot gübrəsi “Aqrolizinq” ASC-nin Qobustan regional nümayəndəliyinin anbarlarından götürülür və fermerlərə 70 faiz güzəştlə satılır.
AZERTAG.AZ :Qobustan taxılçıları əkin sahələrinə yemləmə gübrəsi verirlər
