A+
A–

Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Bakıda Azərbaycan və Çexiya iş adamları arasında keçirilən işgüzar görüşdə mövcud əlaqələrin genişləndirilməsi, yeni işgüzar əlaqələrin yaradılması perspektivləri müzakirə olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə hər iki tərəfdən turizm, sənaye, logistika, bankçılıq, əczaçılıq, enerji və s. sahələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak edib.
İşgüzar görüş İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub.
AZERTAG.AZ :Azərbaycan və Çexiya arasında yeni işgüzar əlaqələrin yaradılması perspektivləri müzakirə olunub