Bakıda qadına qarşı xuliqanlıq etmiş şəxs ələ keçib.

Milli.Az bildirir ki, DİN-in mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də Bakı şəhər sakini Günay Eyyubzadəyə qarşı xuliqanlıq etmiş həmyerlisi Coşqun Hüseynov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 2-də Biləcəri qəsəbəsində qəsəbə sakini Gülbəniz Səfərovaya zor tətbiq edib içərisində 200 manat olan çantasını alması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az