A+
A

Bakı, 14 mart, AZƏRTAC
Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Abbes Benmoussat Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, akademik Teymur Kərimli qonağa Əlyazmalar İnstitutunun tarixi, burada qorunan əlyazmalar barədə ətraflı məlumat verib.
A.Benmoussat Əlcəzair Milli Kitabxanasının fondu əsasında ölkəsində yaradılacaq Əlyazmalar İnstitutunun işinin səmərəli təşkili üçün AMEA Əlyazmalar İnstitutunun təcrübəsindən faydalanmağın zəruriliyini qeyd edib. O, əlyazmaların elektronlaşması sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.
Akademik T.Kərimli bu sahədə əməkdaşlığa maraqlı olduğunu bildirib və gələcəkdə bu istiqamətdə işlərin təşkili üçün müqavilənin imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb.
AZERTAG.AZ :Əlcəzairli alimlərlə əməkdaşlığın perspektivləri müzakirə olunub
Əlcəzairli alimlərlə əməkdaşlığın perspektivləri müzakirə olunub