A+
A–

Bakı, 15 mart, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın enerji nəhəngi “Qazprom” şirkəti Özbəkistandan alacağı təbii qazın həcmini artırmağı hədəfləyir. Rusiya şirkəti bu il Özbəkistandan 4 milyard kubmetr təbii qaz alacaq.
AZƏRTAC “Gazprom International”a istinadla xəbər verir ki, “Uzbekneftqaz” ilə “Qazprom” arasında əldə edilən razılığa görə, Rusiya şirkəti bu il Özbəkistandan alacağı təbii qazın həcmini artıracaq. Tərəflər arasında daha əvvəl imzalanan müqaviləyə əsasən “Qazprom” bu il Özbəkistandan 4 milyard kubmetr təbii qaz almağı planlaşdırır.
AZERTAG.AZ :“Qazprom” bu il 4 milyard kubmetr Özbəkistan təbii qazı alacaq