A–
Naftalan, 15 mart, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin hər yerində olduğu kimi, Naftalan şəhərində də əhalinin tibbi müayinəsi davam edir.
AZƏRTAC xəbər verir ki, keçirilən müayinələrin yüksək səviyyədə təşkili məqsədilə xəstəxana lazımi avadanlıqlarla təchiz olunub, vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb. Xəstəxanaya gələ bilməyən yaşlı və əlil insanlara isə evlərində tibbi xidmət göstərilir. Bunun üçün tibb müəssisələrində çalışan həkimlərdən ibarət xüsusi səyyar briqadalar yaradılıb.
Qeyd edək ki, fevralın 15-dən bu günədək 4000 nəfərdən çox sakin müayinə olunub.
AZERTAG.AZ :Naftalanda sağlamlıq imkanları məhdud insanların tibbi müayinəsi diqqətdə saxlanılır