A+
A–

Bakı, 15 mart, Elvin Camalov, AZƏRTAC
Bakı Beynəlxalq Avtovağzalında Novruz bayramı ilə əlaqədar xüsusi komissiya yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu komissiya həm qiymətlərə nəzarət edəcək, həm də sərnişinlərin hərəkət intensivliyini öyrənəcək.
Yaxın bir neçə gün ərzində avtobuslarla sərnişindaşımanın adi günlərlə müqayisədə 40 faiz çoxalacağı gözlənildiyi üçün vağzal rəhbərliyi sahibkarlarla danışıqlar aparır. Əhalinin zəruri tələbatını ödəmək üçün xəttə buraxılacaq avtobusların sayı artırılacaq. Adi günlərdə 370-420 avtobus xəttə çıxarılırdısa, bayram günlərində bu say 510-540-a çatdırılacaq. Bundan əlavə bilet satışlarına da nəzarət gücləndirilib. Şəhərlərarası avtobuslar üçün onlayn bilet satışı da başlayıb. Artıq vətəndaşlar avtovağzala gəlmədən elektron variantda bilet ala bilərlər.

AZERTAG.AZ :Bayramla əlaqədar Bakı Avtovağzalında xüsusi komissiya yaradılıb