Qurban Bayramında atdığı tvitə görə məhkəməlik olan sənətçi Ləman Sam bəraət alıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Ləman Sam "Twitter" sosial şəbəkəsindən paylaşdığı "Mənim üçün İŞİD ilə bıçağını günahsız bir heyvanın boğazına dayayan şəxs eyni duyğudadır, İŞİD məni təəccübləndirmir" mesajına görə məhkəmə qarşısına çıxarılıb.

Məlumata görə, İstanbul Ədliyyə Sarayında yerləşən 24-cü Asliye Cəza Məhkəməsində gedən məhkəmə prosesində L.Sam bu sözlərlə özünü müdafiə edib: "Belə şeylərlə məhkəməni məşğul etmək mənə görə düzgün deyil. Mənim yazdığım mesaj xalqın bir kəsiminin qəbul etdiyi dini aşağılamır. Bəraətimi istəyirəm".

Məhkəmə sənətçini dinlədikdən sonra onun bəraətinə qərar verib.

Milli.Az

Məşhur sənətçi bayrama görə tvit atdı, məhkəmə qarşısına çıxarıldı - FOTO