İmişli, 18 fevral, AzərTAc
Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə İmişli şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
AzərTAc xəbər verir ki, İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov seminarda bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
İmişli regional ədliyyə şöbəsinin əməkdaşları Fəxrəddin İbadullayev və İlkin Savalan iştirakçılara “Maliyyə hesabatlarının mühasibat uçotu standartlarına uyğun hazırlanması”, “Kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi” və “Arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili” mövzularında ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.