A+
A–

Naxçıvan, 16 mart, Rauf Əliyev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara martın 16-da Naxçıvan şəhərində də start verilib. Naxçıvan şəhərində keçirilən sınaq imtahanlarında 450-700 arasında bal toplayan 150 IX-XI sinif şagirdi 20 bələdçi-müəllimin müşayiəti ilə tur-aksiya çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb. Məktəblilər Bakı şəhərində Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Dövlət Tarix Muzeyi, İncəsənət Muzeyi, Xalça Muzeyi, “Atəşgah” məbədi və digər əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqlar.
Bakı şəhərinə yola düşən tur-aksiya iştirakçısı, Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin 11 sinif şagirdi Səid Əliyev ilə söhbətimizdə bildirdi ki, bu cür tur-aksiyaların keçirilməsi, ümumilikdə, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsinə geniş şərait yaradır. İlk dəfə Bakı şəhərinə gedəcəyini deyən Səid sürətlə inkişaf edən Azərbaycanın daim gözəlləşən paytaxtını görməyi çox arzuladığını qeyd etdi.
Söhbətə qoşulan həmin məktəbin 11-ci sinif şagirdi Ayla Əsədli də məktəblilərə bu şəraiti yaradan dövlətimizin başçısına dərin minnətdarlığını bildirərək dedi: “Ölkəmizi tanıyaq” tur-aksiyası biz məktəblilərin dünyagörüşünün zənginləşməsinə böyük təsir göstərəcək. Tur-aksiya ərzində bu günədək görmədiyimiz tarixi yerlərlə tanış olmaq imkanı qazanacaq, paytaxtımız Bakı şəhəri ilə yaxından tanış olacaq, yeni məlumatlar əldə edəcəyik”.
Naxçıvan şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin 11-ci sinif şagirdi Ramil Babayev də səfər zamanı unudulmaz anlar yaşayacağına, yeni məlumatlar öyrənərək biliyini, dünyagörüşünü daha da artıracağına əmindir. Ramil hesab edir ki, ölkəmizin tarixini və adət-ənənələrini dərindən öyrənmək məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan məktəblilərin digər bölgələrə səyahətlərinin təşkil edilməsinin böyük əhəmiyyəti var: “Bu səyahətlər zamanı biz şagirdlər ölkəmizi daha yaxından tanımaq imkanı qazanır, doğma Vətənimizin tarixini dərindən öyrənir, görmədiyimiz yerlərlə tanış oluruq”.
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Xeyrənsə Fərzəliyeva isə vurğulayır ki, Bakıya səfəri zamanı paytaxtımızın inkişafının canlı şahidi olacaq: “Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihə sayəsində ölkəmizi daha yaxından tanıyacağıq. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
X X X
Martın 16-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin 12 rayonundan 168 məktəbli 12 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.
AZERTAG.AZ :“Ölkəmizi tanıyaq” tur-aksiyasının Naxçıvandan olan iştirakçıları Bakıya yola salınıb
“Ölkəmizi tanıyaq” tur-aksiyasının Naxçıvandan olan iştirakçıları Bakıya yola salınıb