A+
A–

Minsk, 17 mart, AZƏRTAC
MDB-nin iştirakçısı olan ölkələrin Gənclərin İşləri Şurasının iclası aprelin 14-15-də Belarus paytaxtında keçiriləcək. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Təhsil Nazirliyinin gənclərin işləri idarəsinin rəisi Natalya Pşeniçnaya mətbuat konfransında məlumat verib.
N.Pşeniçnaya deyib: ”Bu, xüsusi yubiley iclası olacaq. Buna görə də qonaqları qarşılamağa səylə hazırlaşırıq. Şuranın üzvləri MDB-nin iştirakçısı olan hər bir ölkənin gənclər nazirlərinin müavinləridir. Şuraya, həmçinin hər bir ölkədən ictimai gənclər təşkilatının və ya bir sıra ictimai təşkilatları birləşdirən milli şuranın bir nümayəndəsi daxildir. Gündəlik artıq tərtib edilib. Belarus Milli Kitabxanasında keçiriləcək “MDB üçün 100 ideya“ layihələr sərgisi ən mühüm tədbir olacaq. Belarusun təqdim edəcəyi 10 layihə artıq seçilib. Artıq Azərbaycan, Rusiya, Qırğızıstan və digər Birlik ölkələrindən müraciətlər daxil olub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
AZERTAG.AZ :Birlik ölkələrinin Gənclərin İşləri üzrə Şurasının yubiley iclası Minskdə keçiriləcək