A+
A–

Bakı, 17 mart, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 17-də Qazax rayonunun Məzəm kəndi yaxınlığında qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Peter Svedberq və Saymon Tiller keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov nəzarət ediblər.
AZERTAG.AZ :Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb