Bakı. 17 mart. REPORT.AZ/ Ağcabədi rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Boy kəndi ərazisndə baş verib. Belə ki, qohumunun toy məclisindən qayıdan İlqar Dadaşov idarə etdiyi VAZ 21011 markalı avtomobillə Ağcabədi rayon mərkəzi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və qarşıdan gələn VAZ 2106 markalı avtomobillə toqquşub. Yol qəzası nəticəsində VAZ 21011 yoldan çıxaraq iri gövdəli ağaca çırpılıb. Həmin avtomobildə olan sərnişinlər 28 yaşlı Şaban Mehdiyev, 29 yaşlı Vüsal Atakişiyev hadisə yerində dünyasını dəyişib. Digər sərnişinlər - İbadət Həsənov, Elçin dadaşov, VAZ 21011-in sürcüsü İlqar Dadaşov və VAZ 2106-nın sürcüsü Niyaməddin Hüseynov ağır bədən xəsarətləri alıb. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan "Report"a bildirilib ki, VAZ 21011-in sürücüsü içkili olub: "Yaralılara dərhal ilkin tibbi yardım göstərlib, vəziyyətləri ağır olaraq qalır".
Baş verən yol qəzasının dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.
Ağcabədidə toydan qayıdan şəxslər qəzaya düşüb: 2 ölü, 4 yaralı