“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, tədqiqatçılar rəngin dəyişilməsi və elastikliyi nəticəsində ünsiyyət quran və maskalanan səkkizayaqlı ilbizdən ilhamlanıblar. Yeni material “HLEC” (hiperelastik işıq saçan kondensator) adlandırılıb. Süni dəri hidrogeldən hazırlanmış 2 şəffaf qatdan – elektroddan ibarətdir.
Deformasiya və təzyiq dəyişikliyinə reaksiya verən kondensatorlar datçik qismində istifadə oluna bilər. Süni dərinin dartılması elektrik sahəsini artıraraq onu daha çox işıq saçmağa məcbur edir. Kondensatorlara müxtəlif metalların əlavə edilməsi müxtəlif rənglər yaradır. Həmçinin material mövcud elastik displeylərlə müqayisədə daha çox yüklənmək qabiliyyətinə malikdir.
Emil Hüseynov