A–
Qəbələ, 17 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
İsmayıllı və Qəbələ ilə tanışlıq “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçılarında zəngin təəssürat yaradıb.
Mingəçevir Riyaziyyat-Təbiət və Humanitar Elmlər Təmayüllü Liseyin 10-cu sinif şagirdi Şanay Məmmədzadə AZƏRTAC-a müsahibəsində deyib: “Tur-aksiya çox maraqlı keçir. Təşkilatçılara dostlarım adından minnətdarlığımı bildirirəm. Vətənimizin füsunkar təbiəti bizi valeh edir. İsmayıllıda, Qəbələdə aparılan abadlıq və yenidənqurma işləri bizi çox sevindirdi. Qədim tarixi abidələrlə tanış olduq, İsmayıllının, Qəbələnin görməli yerlərini gəzdik. Xüsusən də qədim Qəbələnin müasir inkişafı məndə yüksək təəssürat yaratdı”.
AZERTAG.AZ :Şanay Məmmədzadə: Vətənimizin füsunkar təbiəti bizi valeh edir