A–
Bakı, 18 mart, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il martın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 117 milyard 799 milyon ABŞ dolları gəlir əldə edib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-fevral ayları isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 790 milyon dollar vəsait daxil olub.
AZERTAG.AZ :Yanvar-fevralda “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində ARDNF-ə 800 milyon dollar vəsait daxil olub