ANS-in aparıcısı Elgiz Əkbər marketlərdən şikayətlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Günə baxan" verilişində kampaniyaları bəyənmədiyini bildirib:

"Marketlərdə bayram ərəfəsində aksiyalar edirlər. Qazlı içkilərin üstünə bir fincan hədiyyə qoyurlar. Bu qazlı sular insana ziyandır. Dörd qazlı su alana 1 stəkan vermək nəyə lazımdır? Fincanı, qaşığı, çömçələri nə edirik? Bunu şabalıda, kişmişə, başqa ərzaq məhsullarına şamil edin. Böyük-böyük də hədiyyə yazırlar. Qiymətlər aşağı olsun, hamının evində yemək bişsin. Bayramdır, süfrələr dolu olsun. Devalvasiyadan sonra qiymətlər aşağı salınmalı, tənzimlənməliydi. Əksinə, bahalaşma getdi".

Milli.Az