A+
A

Ağdam, 18 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı Qarabağ bölgəsində sevinc hissi ilə qeyd olunur, müxtəlif el şənlikləri keçirilir.
AZƏRTAC xəbər verir ki, ağdamlılar Novruzun gəlişini Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda qeyd ediblər. Ümumrayon şənliyində Dədə Qorqud və Bahar qızı ağdamlıları Novruz bayramı münasibətilə təbrik edib. Rayon gəncləri tonqalın ətrafında dövrə vurub yallı gediblər. Kosanın və Keçəlin şən zarafatları, idmançıların, milli paltar geymiş atlıların çıxışları marağa səbəb olub.
İştirakçılar xalqımızın əsrlər boyu qoruyub saxladığı milli mənəvi dəyərləri əks etdirən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa ediblər. Müxtəlif milli oyunlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları, qədim məişət əşyaları, adət və ənənələrimiz, folklorumuz nümayiş etdirilib.
Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov ağdamlıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.
Bayramsayağı bəzədilmiş stadionda “Şur” ansamblının, məktəblilərin və bədii özfəaliyyət kollektivlərinin təqdim etdikləri rəngarəng proqramlar tamaşaçılara xoş ovqat bəxş edib.
X X X
Laçınlı məcburi köçkünlər 24 ildir ki, baharın gəlişini doğma yurdlarından kənarda - müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində qarşılayırlar. Laçınlılar köçkünlük həyatına, çətinliklərə baxmayaraq, xalqımızın Novruz bayramı ilə bağlı qədim ənənələrini yaşadır, gənc nəslə ötürürlər.
AZƏRTAC xəbər verir ki, Taxtakörpü ərazisindəki bayramsayağı bəzədilmiş meydanda xonça və səmənilər düzülüb, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib. Milli geyimli qız-gəlinlər cəhrədə ip əyirib, yun darayıb, sac üstündə qovurğa qovurub, yuxa bişirib, qonaqlara bayram şirniyyatı paylayıb.
Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını Novruzun gəlişi münasibətilə təbrik edib, onlara bol ruzi və xoş günlər arzulayıblar. Milli geyimli atlılar “Cəngi” sədaları altında meydana daxil olaraq, bayram tonqalını yandırıblar. Kosa və Keçəlin zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Laçın Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli bayram münasibətilə məcburi köçkünləri təbrik edib, növbəti bayramları işğaldan azad edilmiş torpaqlarımızda keçirməyi arzulayıb.
İncəsənət ustalarının ifa etdikləri rəngarəng musiqi nömrələri məcburi köçkünlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.
X X X
Elimizin ən gözəl bayramı olan Novruz qədim Nüşabə yurdu olan Bərdədə özünəməxsus şəkildə qeyd edilir.
Bərdə şəhərinin bayramsayağı bəzədilmiş mərkəzi meydanında alaçıqlar qurulub, xonçalar və səmənilər düzülüb, Novruz adətləri, xalq tətbiqi sənəti nümunələri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib. Bahar qız faytonla meydana daxil olub, tonqallar qalanıb. Gənc idmançıların, pəhləvanların və kəndirbazın çıxışları maraqla qarşılanıb.
Minlərlə sakinin qatıldığı tədbirdə çıxış edənlər bərdəliləri bayram münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və bol ruzi-bərəkət arzulayıblar.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olunub.
Rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edib, Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
AZERTAG.AZ :Baharın gəlişi Qarabağ bölgəsində böyük sevinclə qarşılanır
Baharın gəlişi Qarabağ bölgəsində böyük sevinclə qarşılanır