Novruz bayramının tarixi çox qədim köklərə dayanır. Novruz xalqımızın adət və ənənələrini yaşadan, hər kəsin sevgi ilə qarşıladığı bayramdır.

Gəlişini səbirsizliklə gözlənilən bu bayramın qədim və rənarəng adət-ənənələri var. Adətlər sırasında bayram xonçası hazırlamaq özünəməxsus yer tutur. Novruz xonçasının bəzəyi müxtəlif şirniyyatlardır.

Unlu şirniyyat məmulatına şəkərbura, paxlava, şorqoğalı, şəkərçörəyi, Bakı qorabiyəsi, Qarabağ kətəsi, Naxçıvan paxlası və s. aiddir. Undan hazırlanan şirniyyat məmulatının 30-dan çox çeşidi məlumdur. Bununla belə, hər zonanın özünə məxsus xüsusi şirniyyat məmulatı da vardır.

Şəkərbura, paxlava, şor qoğalı və qoz-fındıq, balla hazırlanan digər şirniyyatlar əvvəlki tək populyardır. Bütün bu qidalar nəinki xeyirlidir, həm də bir çox xəstəliklərin dərmanıdır.

Novruz şirniyyatlarının hazırlanması və saxlanma şəraiti necə olmalıdır? Bəs yaxşı, Novruz şirniyyatlarını alarkən, nəyə diqqət etmək lazımdır? Bu barədə daha ətraflı bilmək, Viva şirniyyat evinin qənnadçısı Elnur Zeynalov-un və həkimin tövsiyələri haqda bilmək istəyirsinizsə, onda mütləq "Sağlam Nəsil" verilişinə baxmalısınız.

Bundan başqa həftəlik olaraq, tibb dünyasında olan yeniliklər və sağlamlığımız üçün faydalı qidalar haqqında məlumatlar da verilişdə öz yerini alacaq.

Bu və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam Nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam Nəsil" şənbə günü, saat 18:00-da Lider TV-də !

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az

Novruz şirniyyatlarının keyfiyyətindən necə əmin olaq? - FOTO
Novruz şirniyyatlarının keyfiyyətindən necə əmin olaq? - FOTO
Novruz şirniyyatlarının keyfiyyətindən necə əmin olaq? - FOTO
Novruz şirniyyatlarının keyfiyyətindən necə əmin olaq? - FOTO
Novruz şirniyyatlarının keyfiyyətindən necə əmin olaq? - FOTO