“Ebola” virusundan ölənlərin sayı doqquz min üç yüzü ötüb.

ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə günü son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 9 380 nəfər olduğu bildirilib.

Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 23 253 insan təşkil edib.

Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Ebola virusunun yaratdığı epidemiya nəticəsində Liberiyada 3 907 nəfər ölüb, 9 007 nəfər isə yoluxub. Syerra-Leonedə ölənlərin sayı bir qədər az – 3 401 nəfər olsa da, yoluxanların sayı digər ölkələrdən çox – 11 103 nəfərdir. Qvineyada isə həlak olanların sayı 2 052 nəfər, yoluxanların sayı 3 108 nəfərdir.

Bundan başqa, Afrika ölkələrində işləyən 488 nəfər Eboladan dünyasını dəyişib.

Qeyd edək ki, ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar.
Mənbə
ANS PRESS